Bu müxtəsər öyrətici dərsdə sadə üsullarla photoshop da vampir şəkili necə yaradacağımı sizlərlə bölüşürəm. Sizə nələr lazımdır: Bir şəkil ...
Bu müxtəsər öyrətici dərsdə sadə üsullarla photoshop da vampir şəkili necə yaradacağımı sizlərlə bölüşürəm. Sizə nələr lazımdır: Bir şəkil tap və ya öz şəkilini istifadə et. Həmçinin tük ürpətən pişik gözü və qanlı fırçalar.
1. Şəkili seçmək
Öz şəkilini birinin vasitəsi ilə açıq və aydın bir formada çəkdirin. Bu şəkilə Photoshopda "face" adı verərək bir layer yaradın.
Bənzər Yazı: Internet üzərindən Photoshop da işləmək
2. Dərini tənzimləmək
Vampirin sifəti solğun oldüğü üçün onun sifətindən rəngləri almaq lazımdır. Bunu etmək üçün mask yaradıb şəkilin qalan hissəsinə rəng veririk. "Face" layerini seçərək "Create new fill or adjustment layer" variantının altından "Hue/Saturation" bölümünə daxil olub Saturation ayarlayıcını “-87" ayarına çəkirik.
Eraser tool dəzgahını yumşaq fırça ilə (Rəng palitrası ağ üzərində olduğundan əmin olun) diqqətlə rəng istənilən sahələri maskalanmış sahələrdən təmizləyin. Bu şəkildə mən qızın saç, göz və dodağını rəngli olmasını istədim. Bu sizin istəyinizə bağlı bir şeydir.
3. Vampir gözlər
Qızın sifətində istədiyiniz rəng və kölgəni ayarladıqdan sonra vampir gözləri yaratmaq vaxtıdır. Vampir göz dedikdə insan gözlərindən seçilən bir göz nəzərdə tuturuq. Mən belə qərara gəldim ki pişik gözləri istifadə edəm.
4. Vampir Dişlər
Növbəti mərhələ vampir dişlər necə düzəlir onu öyrənəcəyik. Pen Tool dəzgahını seçib sadə bir üçbucaq forması çəkirik. Çəkdiyimiz üçbucağın adını "Left Tooth" qoyun.
5. Qan
Bu sənin hansı effekti istifadə etməndən asılıdır. Siz bu dişləri istədiyiniz qan rəngi ilə boyaya bilərsiz. Ancaq bu öyrədici dərsdə daha gözəl alınması üçün internet üzərində bu qan fırçasından istifadə edirəm. İnternet üzərində çoxlu gözəl fırçalar var ama onların hamısı pulsuz deyil bir çoxu credit card vasitəsi ilə pul ödədikdən sonra istifadə edə bilərsiniz.Diş üzərinə qan effekti əlavə etmək üçün kontrol düyməsini basılı tutaraq qan əlavə edəcəyiniz diş layerinin üzərinə klik edərək müvafiq fırçanı seçib rəngləyin.