Archive Pages Design$type=blogging

Vəhhabilik Nədir

Tarix boyu Mәhəmməd (s) və onun pak Əhli-beytinə (ə) mənsub mədəniyyətin yayılma prosesi, bir çox qərəzkarlıq və düşüncəsizliyə məruz qalmı...

Tarix boyu Mәhəmməd (s) və onun pak Əhli-beytinə (ə) mənsub mədəniyyətin yayılma prosesi, bir çox qərəzkarlıq və düşüncəsizliyə məruz qalmışdır. Vəhhabilik nədir və bu ədəbsizlik, VəhhabilikSələfilik təfəkküründə bariz şəkildə özünü göstərir. Bu ideologiya, bütün dünya müsəlmanlarını dindən  xaric edərək, yalnız özlərini müsəlman sanır. Bu təfəkkür tərzinin nümayəndələri – bir qrup bədxah şəxslər, yüksək insani dəyərləri özündə əks etdirən bir dini, kobud və iyrənc şəkildə tanıtdırmaqla, dünya müsəlmanlarını və digər dinləri problemlə üzləşdirmişlər. İslam peyğəmbərinin (s) övladları ilə müxalifətə qalxan İbn Teymiyyə, bu tərzi-təfəkkürün banisi sayılır. Onun görüşləri yeddinci yüzillikdən on üçüncü yüzilliyə (h.q.) qədər unudulmuş və İslam məzhəblərinin ziyalı təbəqəsinin etirazına səbəb olsa da, bir əsrə yaxındır ki, bu təmayülçü ideya yenidən İslam cəmiyyətində baş qaldırmış və müəyyən şəxslər tərəfindən müzakirə obyektinə çevrilərək özünə geniş auditoriya tapmışdır. Burada təmayülçü fikir cərəyanlarını tanıtdırmaqla, İslami birliyin nə ilə ölçülməsini açıqlamaqda İslam mütəfəkkirləri məsuliyyət daşıyır. Şübhəsiz, ətrafında toplaşacağımız bu meyar, Mühəmmədə (s) mənsub xalis İslam dinidir. Əziz İslam peyğəmbərinin (s) Əhli-beytinə (ə) sevgi və itaət əsasında qurulmuş bu meyarın kobud rəftar, yersiz fiziki təsir, əxlaq normalarından kənar sözlər, terrorizm, bombardman kimi mənfi xüsusiyyətlərlə heç bir əlaqəsi yoxdur. Elmi yığıncaqlarda sağlam bir ortamda münazirələr – disputlara girərək həqiqi və xalis təfəkkür tərzini göstərmək üçün, bu çirkin və siyasi təmayülçü hərəkata ehtiyac duyulmur. Əgər söylədikləri doğrudursa bilik, düşüncə və məntiq meydanı onların yolunu gözləyir.


VƏHHABİLİK NƏDİR VƏ MӘHƏMMƏD İBN ƏBDÜL-VƏHHAB KİMDİR 


Müsəlmanlarin əksəriyyəti ilə ziddəyyətə girən məzhəblərdən biri də «Vəhhabilik» adı ilə tanınmış firqədir. Bu məzhəb öz təsisatçısı Mәhəmməd ibn Əbdül-Vəhhaba mənsubdur. O, tövhid və sələfçilik pərdəsi altında Ali-Səudun himayəsi ilə, İbn Teymiyyənin fikirlərini yayan şəxs kimi tanınmışdır.[1]Vəhhabilik hicri qəməri tarixi ilə XII əsrdə (XVIII əsrin ortaları m.t.) meydana gəlmişdir. Hər şeydən öncə vəhhabiliyin banisi və onun yayılması haqda qısа şəkildə ilkin məlumat verməyi faydalı hesab edirik.


vəhhabilik nədir

 



Mәhəmməd ibn Əbdül-Vəhhab hicri qəməri tarixi ilə 1111-ci ildə[2] (1691 m.t.) anadan olmuş və 1206-cı ildə (1786 m.t) vəfat etmişdir. Hənbəli məzhəbinin dini elm ocaqlarına daxil olaraq Üyəynə şəhərinin savadlı şəxslərindən bir çox fənnləri əxz etdi. O, təhsilini təkmilləşdirmək məqsədi ilə Mədinə şəhərinə getməli oldu. Daha sonra İbn Əbdül-Vəhhabın İslam ölkələrinə səfəri başladı. Dörd il Bəsrədə, beş il Bağdadda qaldıqdan sonra İrana gələrək Kürdüstan əyalətində bir il, Həmədanda isə iki il müddətində məskən saldı. O, fəlsəfə və təsəvvüf (sufilik, irfan) elmlərini İranın İsfаhan və Qum şəhərlərində öyrəndikdən sonra Hicaza qayıtdı. Səkkiz ay evdə ibadətlə məşğul olduqdan sonra öz təbliğatına başladı.


Atası ilə birlikdə Hüreymilə şəhərinə köçərək atasının vəfatına kimi o şəhərdə qalmalı oldu. Deyilənlərə görə, çoxları kimi atası da onun yanlış fikirlərinə qarşı çıxaraq, oğluna öz etirazını bildirmişdi.


Mәhəmməd bin Əbdül-Vəhhabın əksər müsəlmanların əleyhinə olan və əslində İbn Teymiyyənin baxışlarını özündə cilvələndirən, xurafatla dolu azğın fikirləri xalqda o dərəcədə hiddət doğurur ki, hətta onu öldürmək qərarına gəlirlər. Lakin o, Üyəynə şəhərinə qaçmaqla ölümdən yaxa qurtarır.


O zaman Osman ibn Muəmmər həmin şəhərə rəhbərlik edirdi. Osman, Şeyx Məhəmmədə Ərəbistan yarımadasında öz təlimini yaymaqda kömək edəcəyini söz verir. Üyəynənin əmiri bacısı Cövhərəni Mәhəmməd ibn Əbdül-Vəhhabla evləndirməsi də bu qarşılıqlı müqavilənin möhkəmlənməsi istiqamətində idi. Ancaq bu əhdi-peyman və izdivac davam etmədi. Məhəmməd əmirin onа qаrşı sui-qәsd hаzırlаdığını zənn edərək, qorxudan yalançı Müsəyləmənin yaşadığı Dəriyyə şəhərinə qaçdı.


Üyəynədə qaldığı ilk andan şəhər əmirliyinin himayəsi ilə öz yanlış inanc və fikirlərini yаymаğа başladı. Onun Zeyd bin Xəttabın qəbrini dağıtması xalq arasında kəskin narazılığa və qalmaqala səbəb oldu. Dəriyyədə isə şəhərin əmiri Mәhəmməd ibn Səudla görüşdü. İki tərəfli sazişə əsasən, Mәhəmməd ibn Səud ona kömək etməli, o isə əvəzində iqtidarı müdafiə etməli idi.


Mәhəmməd ibn Səud da ibn Əbdül-Vəhhabla bu qarşılıqlı ittifaqın daha da möhkәmlәnmәsi üçün qızlarından birini ona ərə verdi. O, ilk öncə Üyəynə şəhərinin hakimini kafir və müşrik adlandıraraq, onun е’dаm edilməsinə hökm verdi. Üyəynəyə hücum etməkdə Ali-Səuda təkan verən də mәhz o oldu. Bu yürüş saysız-hesabsız insanın ölümünə, evlərin qarət və viran edilməsinə və hətta namuslarına belə təcavüz olunmasına səbəb oldu. Beləliklə, vəhhabilər tövhid şüarı, bidət və şirklə mübarizə pərdəsi altında öz hərəkatını bаşlаdı.


Mәhəmməd ibn Əbdül-Vəhhab müsəlmanların əziz İslam peyğəmbərinə (s) tapınmasını (təvəssül etməsini), ilahi şəxslərin məzarları üzərində günbəz və məqbərə ucaltmasını, qəbirləri ziyarət etmək məqsədi ilə səfərә çıхmаsını, Allah dostlarından şəfaət diləmələrini və bu kimi digәr mәsәlәlәri əldə əsas tutaraq, onun puç və batil əqidəsi ilә uyğun gәlmәdiklәrinә görə bütün İslam əhlini kafirlikdə ittiham edirdi.


Üyəynə şəhərini işğal etdikdən sonra, digər ərazilərə qoşun çəkərək, tövhid şüarı, bidət və şirk və onun cilvələrinin inkar edilməsi bəhanəsi ilə Nəcd və ətrafyanı müsəlman ölkələrinə, o cümlədən: Yəmən, Hicaz, Suriya ətrafı və İraqa soxuldular. İnsanlara zərrə qədər rəhm qılmayan bu azğınlar onların əqidəsini qəbul etməyənləri yerlə yeksan edir və mallarını qarət edirdilər.


Vəhhabilərin bu ifrat fikirləri və kobud rəftarı müstəmləkəçiləri sevindirən, müsəlmanlar arasında isə fikir ayrılığı, hərcmərclik və iğtişaştörədici başlıca amilə çevrildi. Belə ki, lord Korzon, vəhhabi аyinini təsnifləndirərək deyir: «Bu, xalqa bəxş edilmiş ən ali və dəyərli dindir.»


Hazırda Mәhəmməd ibn Əbdül-Vəhhabın dünyadan getməsinə baxmayaraq, bir çox şərqşünas və müstəmləkəçilər daima onun baxışlarını müdafiə edirlər. Hətta yəhudi şərqşünası Cüllеd Tәshir onu Hicazın peyğəmbəri adlandırarаq, xalqı onun fikirlərini dəstəkləməyə çağırır.


KƏRBƏLADA ŞİƏLƏRİN AMANSIZCASINA QƏTLƏ YETİRİLMƏSİ


Doğrudan da vəhhabilər müqəddəs ziyarət ocaqlarında törətdikləri cinayət aktları ilə tarixin səhifəsini zülmətə qərq edərək, alınlarına şərəfsizliklərini əks etdirən həmişəlik damğa vurdular.



Bu məzhəbin nümayəndəsi olan Səlahәddin Muxtar yazır: Səud 1216-cı (h.q) ildə Nəcd, Cənubda yaşayan tayfalar, Hicaz və digər bölgələrin əhalisindən ibarət böyük qoşunla İraqa tərəf hərəkət edərək ziqədə ayında Kərbəlaya yetişdi. Onlar Kərbəlanı mühasirəyə aldıqdan sonra şəhərə basqın edərək, qala və divarları darmadağın etdilər. Küçə və bazarda olan dinc əhalinin əksəriyyəti qətlə yetirildi. Şəhəri talan etdikdən sonra günortaya yaxın qarət olunmuş mal-dövlətlə oranı tərk etdilər. Qənimət olunmuş malları Səudun özü mənimsədi. Yerdə qalanını isə hər piyadaya bir hissə və süvariyə iki hissə düşmək şərtilə qoşunun arasında bölüşdürdü.


Vəhhabi tarixçilərindən sayılan Şeyx Osman Nəcd yazır: Vəhhabilər gözlənilmədən Kərbəlaya soxuldular. Əhalinin böyük əksəriyyətini küçədə, bazarda və öz evlərində qətlə yetirdilər. (Onlar hətta Peyğəmbərin (s) nəvəsinə belə ehtiram etməyib) Hüseynin (ə) məzarını dağıdaraq, hərəmə (məqbərəyə) aid bütün qiymətli əşyaları mənimsədilər. Şəhərdə olan mal-dövlət, qiymətli daş-qaş, silah, geyim, xalça, qızıl və nəfis Quran kitablarını oğurladılar. İyirmi min günahsız insanın həyatına son qoyduqdan sonra, günortaya yaxın şəhəri tərk etdilər.


Bəzi tarixçilərin yazdıqlarına görə vəhhabilər bir gecədə iyirmi min nəfəri qətlə yetirdilər.


Mirzә Əbi Talib İsfаhani öz səfərnaməsində yazır: Londondan qayıdıb Kərbəla və Nəcəf şəhərlərindən keçərkən iyirmi beş min nəfər vəhhabinin Kərbəlaya hücum çəkdiyinin şahidi oldum. Onlar, «Müşrikləri öldürün və kafirlərin başlarını kəsin» şüarlarını səsləndirərək, beş min nəfərdən çox insanın ölümünə səbəb oldular. Yaralıların isə sayı-hesabı yox idi. İmam Hüseynin (ə) müqəddəs məzarının ətrafı ölü cəsədləri ilə dolu idi. Başsız bədənlərdən qan su yerinə axırdı.


Mən bu hadisədən on bir ay sonra Kərbəlaya getmişdim. Xalq «tövhid carçılarının» törətdikləri vəhşilikləri xatırlayaraq ağlayırdılar. Bu ürəkağrıdıcı hadisəni eşidən hər bir kəsin bədəninin tükləri qalxır və vücudu lərzəyə gəlirdi.


Vəhhabilər Kərbəla əhalisini kütləvi şəkildə rəhimsizcəsinə qırğına verərək, İmam Hüseynin (ə) müqəddəs hərəminə (məqbərəsinə) son dərəcə hörmətsizlikdən sonra həmin ordu ilə Nəcəf şəhəri istiqamətində hərəkət etdilər. Lakin Nəcəf camaatı onların Kərbəlanı qarət etməsi və törətdikləri cinayətkarlıqdan xəbər tutduğu üçün əvvəlcədən müdafiəyə hazır idilər. Hətta qadınlar vəhhabilərin qarət, qətl vә nаmusа tәcаvüz kimi qeyri-insani davranışlarının qurbanı olmamaqları üçün öz kişilərini onlarla mübarizəyə təhrik edirdilər.


1215-ci (h. q) ildə Həzrət Əlinin (ə) müqəddəs məqbərəsini dağıtmaq məqsədi ilə Nəcəf şəhərinə yollanmış bir qrup vəhhabi isə yolda bədəvi ərəblərlә qarşı-qarşıya gələrək nəticədə məğlubiyyətə uğradılar.


Vəhhabilərin on il әrzindә bir neçə dəfə Kәrbәlа vә Nəcəf şəhərlərinə kəskin hücumları olmuşdur.


HİCAZDA TAİF ƏHALİSİNİN KÜTLƏVİ QIRĞINI


Bəlkə də ilk baxışda bəziləri belə düşünsün ki, vəhhabilər yalnız şiələrin yaşadığı ərazilərə hücum etmiş və təkcə bu məzhəbin nümayəndələrinin yaşadığı şəhərləri çapıb talamışlar. Lakin onların Hicazda və Şamdakı kobud davranışına nəzər saldıqda aydın olur ki, hətta sünnilərin yerləşdiyi məntəqələr belə, onların vəhşicəsinə törətdikləri cinаyәtlәrdәn kənarda qalmamışlar.


Cəmil Sidqi Zəhabi vəhhabilərin Taif şəhərinə hücumu barəsində yazır: 1217-ci (h. q.) ildə Taif camaatının kütləvi qırğını vəhhabilərin törətdikləri ən çirkin işlərdəndir. Böyük və kiçiyə hörmət etməyən bu qansızlar südəmər körpəni ana döşündəcə öz qanına bulaşdırdılar. Quran oxumaqla məşğul olanları və məsciddə namaz qılmaqda olan şəxsləri belə qətlə yetirdilər. Quran, Səhih-Buxari, Sәhih-Müslim vә digәr hədis və fiqh kitablarını küçə və bazarlarda аyаqlаr altına аtаrаq aradan apardılar.


Vəhhabilər Taif şəhərində çoxsaylı insan ölümü ilə nəticələnən vəhşilikdən sonra Məkkə alimlərinə ünvanladıqları məktubda  onları öz ayinlərinə dəvət etdilər. Alimlər məktubu cavablandırmaq məqsədi ilə Kəbəyə toplaşdılar. Elə bu an vəhhabilərin zülmünə məruz qalmış Taif əhalisindən bir qrupu Məscidül-Hərama daxil olaraq, onların başına gətirdiklərini məclis əhlinə açıqladılar. Bunu eşidən iştirakçılar dəhşətə gəldilər. Sanki bir anlığa orada qiyamət səhnəsi quruldu. Sonda isə Məkkədən və digər İslam ölkələrindən Həcc ziyarətinə gələn sünnə-əhlinin dörd əsas müfti və alimləri vəhhabilərin kafir olmasına dair qərar çıxardaraq, onlarla mübarizəyə qalxmağı Məkkə əmirliyinə zəruri hesab etdilər. Onlar həmçinin əlavə etdilər ki, bu cihadda (vəhhabilərlə mübarizədə) iştirak etmək hər bir müsəlmana vacibdir. Bu yolda ölənlər isə şəhid hesab olunur. Aşağıdakı video vəhhabilik nədir mövzusunda sizlərə daha ətraflı məlumat verəcək.


[youtube width="602" height="350" video_id="sBXW5DD614o"]

COMMENTS

Name

10 şeyi facebookda paylaşmayın 14 fevral sevgilil r g n 14 fevral sevgililər günü 2014 ən yaxşı telefonları 2014 ən yeni telefonları 2014 telefon alma rəhbəri 2014 ün ən yeni wordpress temaları 35+ facebook üçün örtük şəkilləri adsense page CTR nədir adsense page eCPM nədir adsense page RPM nədir agent ağıllı lens Android android format yolları android oyunları android oyunu yüklə Android Planşetlər android telefonda google play store hesabı açmaq Avropa avtomobil yarışı banner d z ltm k banner düzəltmək banner hazırlamaq banner programları beynin sürəti Beynin yaxşı işlədiyi yaş bir telefonda iki hesab blog açmaq blog necə açılır blog yazmaq blogger Blogger blogger şablon saytları blogger şablonları blogger temaları blogger template blogger texnologiya teması blogger xəbər teması bunu bilməyin yolları bunu necə bilmək olar call of duty advanced warfare call of duty advanced warfare oyunu casus casus dinləmə casus dinləmə programları casus proqramları cercive cib telefonu Çin planşetləri Çin Planşetlərinin problemləri cod advanced warfare COD fragman danışıqlara qulaq asmaq Din dinləmə domain hosting Dünya en gwzel photoshop pluginleri əlavə gəlir əlavə iş ən bahalı telefon Əyləncə Facebook cover şəkilləri Facebook güvənlimi Facebook örtük şəkilləri Facebook üçün maraqlı örtük şəkillər flash banner creator flash banner fikirləri flash banner hazırlama Flash banner hazırlamaq flash banner maker flash banner maker indir flash banner maker yüklə flash banner örnekleri flash banner örnəkləri flash bannerlər forex Foto düzənleme fotomontaj Free banner galaxy s3 format atma galaxy s5 Giriş videosu hazırlamaq gmail hesabı gmail hesabı açmaq gmail hesabı yaratmaq google adsense google adsense nədir google adsense reklamları Google indexləmə google lens Google pagerank Google pagerank sorgulama Google PageRank Update google pagerank yüksəltmə yolları Google play store gmail hesabı açmaq google play store hesabı açmaq google play store hesabı necə açılır google smart lens gözəl örtük şəkilləri Gresso Luxor Las Vegas Jackpot telefonu grup şəklində danışıq host nədir hosting hosting nədir iki Whatsapp hesabı i̇ki whatsapp hesabı vəya nömrəsi iki whatsapp nömrəsi insan beyni internetdə 30 saniyə internetdə baş verən hadisələr internetdə baş verənlər internetdə bir dəqiqə internetdən İnternetdən necə pul qazanılar internetdən necə pul qazanmaq olar internetdən nə qədər pul qazanmaq olar internetdən pul qazanma yolları İnternetdən Pul Qazanmaq intro video intro videosu düzəltmək İOS İOS 7 İOS mağazası App Store iOS Simulator İOS Simulator yüklə iOS sistemi windows üzərində iPad Emulator ipad ve app store u windows a daşıyın iPadian nədir İpadian yüklə iyi photoshp plaginleri Kevin Spacey Kompüter üçün WhatsApp Komputer üçün WhatsApp Yüklə Kompüterə WhatsApp yükləmək Kompüterə WhatsApp yükləmək qaydası Linux hostinq maşın oyunu məqalə yazmaq Məsləhətli telefon almaq mikro kamera Mobil telefon alarkən nələrə diqqət etmək lazımdır necə dinlənilir necə dinlənir niyə google adsense Nur risalələri Nur tələbələri Nurçu nurçular kimlərdir Nurçuluq Nurçuluq fəaliyyəti nurçuluq nədir Nurçuluq Tarixi Nurçuluq təriqəti Odin Frame Photo Creator Odin Frame Photo Creator endir Odin Frame Photo Creator indir Odin Frame Photo Creator yükle online banner düzəltmək üçün website online banner maker online intro video hazırlamaq online pul qazan online pulsuz banner düzəltmək online video düzeltmek Oyun oyun indir oyun yüklə pagerank pagerank dəyəri ölçmək pagerank nedir PageRank nədir pagerank yüksəltmək pc photoshop photoshop cs6 endir photoshop cs6 indir photoshop CS6 pluginleri photoshop cs6 yüklə photoshop da vampir photoshop pluginleri photoshop pluginleri endir photoshop pluginleri indir photoshop pluginləri Ping Nədir ping servisləri ping websites Ping Xidmətləri Planşet Planşet alarkən diqqət ediləsi məsələlər Planşet almaq istəyənlərə playstation 3 playstation 4 plugin endir plugin indir PR nədir Profil örtük şəkilləri Program programsız video yükləmək pul qazanma pul qazanmaq pulsuz blog açmaq pulsuz blog servisləri pulsuz danışıq pulsuz intro video hazırlamaq Pulsuz iPad simulatoru pulsuz ping xidmətləri pulsuz qrup şəklində danışıq pulsuz reklam banner duzelt pulsuz reklam düzelt pulsuz sayt açmaq pulsuz video klip düzəltmək Pulsuz wordpress video temaları Reklam düzəltmək Reklam hazırlamaq s3 format s3 format atma s3 formatlama s3 hard reset şablon necə yüklənir samsung galaxy s3 format necə atılır samsung s3 mini format samsung s5 sayt hazırlamaq sekil sekil cercive yukle sekil cerciveye salmaq sekil programları sekil ramka sekil redakte programı yukle sekil ucun ramkalar sekil ucun ramkalar yukle sevgililər günü Səid Nursi Səid Nursinin Həbs Olunması Səidi Nursi kimdir şəkil Şəkil düzəltmək şəkil düzəltmək saytı şəkil düzəltmək üçün proqram şəkil düzəltmək üçün sayt şəkil hazırlamaq şəkil saytları şəkil üçün ramkalar Şəkildən Video Duzeltmek Ucun Proqram Şəkillərdən video düzəltmək Şəkillərdən Video hazırlamaq simon fraser skayp skayp indir skayp yükle skype skype indir skype premium skype yüklə smart lens smartfon telefonlar sms Sosial Medya Sosial medyada paylaşmayın Sosial medyada təhlükəsizlik məsələsi sosial şəbəkələrdə 10 şeyi paylaşmayın sürətlə indexlənmə Suya düşən ağıllı telefonu xilas etmə qaydaları SUYA DÜŞƏN MOBİL TELEFONU NECƏ XİLAS EDƏK Suya düşən telefon necə qurtarılar Suya düşən telefon necə xilas edilməlidir Suya düşmüş telefonu təmir etmək Suya düşmüş telefonun təmir yolları Tablet tam ekran wordpress temaları telefon Telefon Telefon Almaq Telefon almaq istəyənlərə məsləhətlər telefon dinləmə Telefon suya düşsə nə etməli telefon təmiri telegram Telegram Messaging Texnologiya Ulysse Nardin Chairman telefonu Vertu Ferrari telefonu Vəhhabilik video düzeltmek saytı video galery temaları video hazirlamaq video temaları web banner web hosting nədir Webmaster whatsapp Whatsapp hesabı whatsapp ismarıc Whatsapp nömrəsi WhatsApp pc whatsapp pc necə whatsapp windows 7 whatsapp windows 8 whatsapp windows vista whatsapp windows xp Windows hostinq Windows mobile Wordpress wordpress foto galery tema wordpress foto tema wordpress fotoblog temaları wordpress tam ekran wordpress tam ekran tema Wordpress tema wordpress temaları wordpress video tema wordpress video temaları wordpress video teması wordpress video theme xbox 360 Xbox one yarış oyunu yolları Youtube da hesab açmaq youtube da hesab açmaq video yükləmək və pul qazanmaq Youtube da kanal açmaq youtube da programsız video necə yüklənir youtube dan programsız video necə yüklənir youtube programsız video yükləmək youtube video yükləmə programsız Youtube video yükləmək Youtube-dan necə pul qazanmaq olar Youtube'dan pul qazanmaq Youtube’dan pulsuz video yükləmək yukle
false
ltr
item
Bilgioxu: Vəhhabilik Nədir
Vəhhabilik Nədir
http://www.bilgioxu.com/wp-content/uploads/2014/01/vehabiler.jpg
Bilgioxu
http://bilgioxu.blogspot.com/2014/01/vhhabilik-ndir.html
http://bilgioxu.blogspot.com/
http://bilgioxu.blogspot.com/
http://bilgioxu.blogspot.com/2014/01/vhhabilik-ndir.html
true
2275322631910203594
UTF-8
Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago