Bir Cihazda Iki Whatsapp Hesabı vəya nömrəsi Whats-app son dövrlərdə mesajlaşma sahəsində öz liderliyini qoruyub saxlayır. İnsanl...
Bir Cihazda Iki Whatsapp Hesabı vəya nömrəsi
Whats-app son dövrlərdə mesajlaşma sahəsində öz liderliyini qoruyub saxlayır. İnsanlar arasında yazışma sahəsinin trendi adını almışdır. Gənc nəslin 90%-i öz telefonlarında Whatsapp məsajlaşma xidmətindən müntəzəm şəkildə istifadə edirlər .
Whatsapp istifadəçiləri günü-gündən artıqca bu sahədə çoxlu suallar meydana çıxır. O suallardan bir neçəsi bunlardır:
- Bir telefonda iki Whatsapp hesabı vəya nömrəsi işlətmək olarmı?
- İki Whatsapp hesabı açmaq olarmı?
- Bir kartlı telefonda İki Whatsapp hesabı vəya nömrəsi necə işlətmək olar?
Bu suallara cavab vermək üçün ilk öncə sizi OGWhatsApp ilə tanış etməliyəm.
Bənzər Yazı: Komputerə Whatsapp Necə Yüklənir
OGWhatsapp nədir
Android telefonlar üçün Whatsapp platformunun modifiyə edilmiş versiyonudur. Bu proqram sayəsində android cihazınızı Root etmədən bir anda iki Whatsapp hesabından və ya nömrəsindən istifadə edə bilərsiniz.
OGWhatsapp Xüsusiyyətləri:
- Tek bir telefonda 2 Whatsapp nömrəsi işlədə bilərsiniz
- Data Backup ala bilər və bərpa edə bilərsiniz
- Tətbiq simvolunu seçə bilərsiniz-Və daha çox ..
- OG versiyada köhnə nömrə, rəsmi versiyada yeni nömrə işləyir
- İstədiyiniz ismarıcların yədəyini alın.
- WhatsApp data (məlumatları) silin (və ya yenidən yükləyin)
- Sdcard / WhatsApp qovluğunu / sdcard / OG WhatsApp olaraq adlandırın
- OG versiyonda köhnə nömrənizi, rəsmi versiyada yeni nömrənizi doğrulayın.
Android Telefonlara OGWhatsapp Yükləmə Qaydası
1. İlk öncə mesaj və məlumatlarınızın bir kopyasını hazırlayın.
2. Whats app üzərində olan məlumatları silin.
3. Sdcard / WhatsApp qovluğunu / sdcard / OG WhatsApp olaraq adlandırın.
4. Rəsmi Whats app tətbiqini telefondan silin.
5. OG WhatsApp tətbiqini yükləyin. (Aşağıdakı linkdən yükləyə bilərsiniz)
6. Yükləndikdən sonra sizdən nömrə tələb edəcək. Bir az öncə sildiyiniz rəsmi Whats App üzərində işlətdiyiniz nömrəni daxil edin.
7. Ok düyməsinə klik edin.
8. Artıq OG WhatsApp versiyonu köhnə nömrə ilə birlikdə hazırdır.
9. İkinci Whats App nömrəsini işlətmək üçün Google play mağazasına daxil olaraq oradan rəsmi WhatsApp tətbiqini yükləyin.
10. Tətbiq yükləndikdən sonra nömrə tələb edəcək. İkinci yeni nömrənizi daxil edin.
Siz Artıq Android telefonunuzda Iki Whatsapp Hesabı vəya nömrəsi istifadə edə bilərsiniz. Bu yazı ilə bağlı aşağıdakı video materialda tam məlumat verilmişdir.
İki WhatsApp Hesabı üçün OG WhatsApp Yüklə
[button url="http://www.mediafire.com/download/drm46xywd1qvabb/OGWhatsApp+v2.11.241.apk/" target="e.g. _blank or _self" style="yellow" size="large"]OG WhatsApp Yüklə (Endir)[/button]
Əgər mənim bu yazımdan razı qaldıysanız xahiş edirəm bunu öz dostlarınızla paylaşın!
[youtube width="602" height="350" video_id="amso8QMDaA8"]