Dünyanın Ən Bahalı 3 Telefonu Biz burada hər həftə telefonların qiymətinin yenməsi haqda müzakirə apararkən, hansı telefon bizə daha ucuz v...
Dünyanın Ən Bahalı 3 Telefonu
Biz burada hər həftə telefonların qiymətinin yenməsi haqda müzakirə apararkən, hansı telefon bizə daha ucuz və sərfəli olacağını fikirləşərkən bəzi insanlar bir telefona milyonlarla dollar verməkdən çəkinmirlər. Əgər bu telefonları kredit şərti ilə versəydilər biz də bunlardan birini alardıq ancaq imlanımız olmadığı üçün sadəcə onlara baxmaq bizə kifayət edir. Buyurun dünyanın ən bahalı 3 cib telefonu ...
Ulysse Nardin Chairman
Qiymət: 7 milyon dollar
İsveçrəli saat istehsalçısı Ulysse Nardin , Chairman modeli ilə Guinness Dünya Rekordlar Kitabına girdi. Kristal safirdən hazırlanan 3.2 inçlik həssas ekrana sahib olan telefon , 8MP kamera və 32GB daxili yaddaşa sahibdir. Android Gingerbread ilə işləyən cihaz tamamilə əl istehsalı 300 fərqli parçadan hazırlanmışdır.
Gresso Luxor Las Vegas Jackpot
Qiymət: 1 milyon dollar
Misirdə olan quru almaz daşlarla bəzənən Telefon təmiz qızıldan hazırlanmışdır. Ön paneli isə dünyadakı ən bahalı ağac olan Afrika quru ağacından hazırlanıb. İndiyə qədər dünya səviyyəsində 3 ədəd satışa sahib olan bu firma bu telefonun sayəsində özünü tanıtmışdır .
Vertu Ferrari
Qiymət : 374 , 000 dollar
Vertu tərəfindən inkişaf etdirilən Vertu Constellation Quest bir-birindən fərqli maddələrdən hazırlandı. Safir kristal klaviatura və titanium arxa qapağa sahib olan cihaz üzərində Ferrarinin loqosu olan Cavallino rampant simvolunu da mövcutdur. Nokia Symbian ilə çalışan cihaz 8GB daxili yaddaşa sahib və ekran dəqiqliyi isə 2592 x 1944 pikseldən ibarətdir .