Blogger də blog Hazırlamağın Yolları adlı yazımda Blogger'in xüsusiyyətlərindən bəhs etmişdim və çox zəngin tema arxivinə sahib oldu...
Blogger də blog Hazırlamağın Yolları adlı yazımda Blogger'in xüsusiyyətlərindən bəhs etmişdim və çox zəngin tema arxivinə sahib olduğunu yazmıştım. Blogunu hazırlayan hər blog sahibi blogunun gözəl görünməsini istəyir. Bunun üçün bu yazımda Blogger şablonlarını blog üzərinə necə yükləyəcəyinizdən bəhs edəcəyəm.
Blogger Şablonlarını Tapa Biləcəyiniz Saytlar
Blogger'in təklif etdiyi şablonlar sizi qane etmirsə və ya blogunuza daha fərqli bir görünüş vermək istəyirsinizsə internetdə minlərlə pulsuz şablon tapa bilərsiniz. Blogger şablonlarını tapa biləcəyiniz saytların bir neçəsini aşağıda dərc etdik. Bu saytları ziyarət edərək bəyəndiyiniz şablonlardan birini kompüterinizə yükləyin.
http://btemplates.com/ http://bloggertemplates.info/
http://www.bloggertemplatesblog.com/ http://www.bloggertemplatesfree.com/
http://www.bloggerstyles.com/ http://www.newbloggertemplates.com/
http://10bloggertemplates.com/ http://www.bloggertemplatesgenie.com/
http://www.freebloggertemplates.info/ http://bloggertemplateplace.com/
http://www.bloggertemplateblog.com/ http://www.bloggerthemes.net/
Əslində bunlar kimi daha onlarla hətta yüzlərlə sayt tapa bilərsiniz ancaq demək olar ki onların hamısında eyni şablonları müşahidə edəcəksiniz.
Bu saytlardan bəyəndiyiniz şablonları kompüterinizə yüklədikdə ümumiyyətlə onlar zip və ya rar formatında sıxışdırılmış bir fayl şəklində yüklənir. Bu faylı hər hansı bir sıxışdırma proqramı və ya windows ilə açdığınızda templateadı.xml kimi bir fayl göreceksiniz. Bu fayl şablona aid bütün kodları özündə tutur.
Blogger Üzərində Şablonu Necə yükləmək Olar?
Blogger ana panelində tema və ya template yukləmə əməliyyatı çox sadədir. Aşağıdaki addımları icra edərək problemsiz bir şəkildə yeni şablonunuzu yükləyə bilərsiniz.
1. İlk öncə Blogger hesabınıza daxil olun və soldakı menyudan Şablon nişanına klik edin. Açılan səhifənin sağ üst qismində " Backup / bərpa et" düyməsinə klik edin.
2.Açılan pəncərədə "Fayl Seç" düyməsinə basın və kompüterinizdə olan xml formatındakı şablon faylını seçin. Ardından isə "Yüklə" düyməsinə basaraq əməliyyatı tamamlayın.
Aşağıda "Blogger ana panelində şablonları necə dəyişmək olar" haqqında video materiala baxa bilərsiniz.
[youtube width="602" height="350" video_id="rD_JcqqRptI"]