10 Ədəd Online Pulsuz Video Düzəltmə Proqramı Gün keçdikcə Twitter, Facebook, Youtube və bunun kimi sosial video paylaşım səhifələri inkişaf...
10 Ədəd Online Pulsuz Video Düzəltmə Proqramı
Gün keçdikcə Twitter, Facebook, Youtube və bunun kimi sosial video paylaşım səhifələri inkişaf etdikcə video düzəltmə proqramları diqqət çəkməyə başlayır. İnsanlar bu səhifələrdə gözəl videolar paylaşmaq üçün video düzəltmə proqramları ilə maraqlanırlar. Bu yazımda insanlara şəkillərdən slide show və qısa video düzəltmək üçün və onları sosial medyada və şəxsi web səhifələrdə istifadə etmək üçün "10 Ədəd Online Pulsuz Video Düzəltmə Proqramı" adlı məqaləmi sizlərlə paylaşıram.
Bənzər yazı: 9 Ədəd Online Pulsuz Şəkil Düzəltmə Proqramı
1.FileLab Video Editor
Bu səhifə vasitəsilə vidolarınızı rahatca düzəltə bilərsiniz. Heç bir bilgi tələb etmədən videonuzu düzəltə, zənginləşdirə və şəxsiləşdirə bilərsiniz.
2.RaptMedia
Raptmedia cloud-based sistemlə işləyən video düzəltmə və paylaşa səhifəsidir. Raptmedia səhifəsi sürüklə və burak özəlliyinə sahib olub yazarlar üçün dinamik və interaktiv video düzəltmə imkanı yaradır.
3.Kaltura Video Platform
Açıq mənbə kodlu bir xidmət axtaranların ünvanı kaltura olacaq. Zəngin media funksiyaları, video yükləmə, tənzimləmə, çevirmə və axtarış etmə kimi xüsusiyyətlərə malik olan bu proqramla istədiyiniz videonu düzəldib paylaşa bilərsiniz.
4.Loopster
Loopster internet üzərindən video hazırlamaq və düzəltmək xidməti verən bir servisdir. Bu servis məxsusən şagird və müəllim kallektivləri üçün əlverişli bir video düzəltmə platformudur.
5.Magisto
Magisto, əyləncəli və dostlar ilə video xatirələrini paylaşmaq üçün asan bir veb servisidir. Videonuzu sistemə yüklədikdən sonra Magisto avtomatik şəkildə videonuzu istədiyiniz formada sürətlə hazırlayıb sizin ixtiyarınıza buraxır.
6.Mixmoov
Mixmoov, online video düzəltmə sahəsində özünə məxsus yer tutmuşdur. Bu web servis sayəsində istədiyiniz videonu müxtəlif alətlərlə düzəliş edib paylaşa bilərsiniz.
7.Pixorial
Pixorial şəxsi şəkil və videolarınızı paylaşmaq üçün əlverişli bir platformdur. Pixorial həyatını və təcrübələrini bölüşmək istəyən insanların video materiallardan hazırlanmış hekayələri bir klik vasitəsilə insanlara çatdıran bir xidmətdir.
8.VideoToolbox
Video Toolbox xidməti pulsuzdur. Burada 600MB -a qədər video daxil edib düzəltə bilərsiniz. Video Toolbox servisi müxtəlif video formatları (3GP, AMV, ASF, AVI, FLV, MKV, MOV, M4V, MP4, MPEG, MPG, RM, VOB, WMV) dəstəkləyir.
9.YouTube Editor
Yeni Youtube video düzəltmə xidməti, videolarızı kəsmək, effekt əlavə etmək, səs əlavə etmək və s.. xidmətləri sizin ixtiyarınızda qoyur.
10.Stupeflix
Stupeflix video düzəltmə xidməti, şəkillərdən video klip hazırlamaq üçün əlverişlidir. Klip düzəltmək üçün mütləq hesab açmanız lazımdır.
Artıq siz bu yazı "10 Ədəd Online Pulsuz Video Düzəltmə Proqramı" vasitəsilə internet üzərində istədiyiniz videonu hazırlayıb dostlarınızla paylaşa bilərsiniz.