Banner düzəltmək Şəxsi blogunuz üçün cəzb edici banner yaratmaq istəyirsinizsə, bunun asan və pulsuz yolu internet üzərindən xidmət göstərən...
Banner düzəltmək
Şəxsi blogunuz üçün cəzb edici banner yaratmaq istəyirsinizsə, bunun asan və pulsuz yolu internet üzərindən xidmət göstərən banner düzəltmək fəaliyyəti ilə məşğul olan web səhifələridir. Bu web səhifələri pul xərcləmədən, günlərlə internet üzərində bir banner düzəltmək üçün əziyyət çəkmədən asan bir şəkildə sizin hədəflərinizə uyğun xidmət göstərirlər. Mən bu yazımda bu xidməti təqdim edən 5 web səhifənin adını açıqlayacağam.
Bənzər Yazı: Flash Banner Hazırlamaq üçün Örnəklər və Proqramlar
1. Live Banner Maker
Live Banner Maker web səhifəsinin banner düzəltmək arayüzü çox sadədir. Baner düzəltmək üçün 5 mərhələdən keçməniz lazımdır; Banerinizin ölçülərini təyin edin, Banner arxa fon şəkilini yükləyin, Yazınız üçün şəffaflıq dərəcəsi seçin, buna bənzər əməlləri yerinə yetirdikdən sonra banerimiz artıq hazırdır. Banerimizi JPG formatında yükləyib öz web səhifənizdə və yaxud Sosial medyada (MySpace, Facebook, iGoogle, və s..) paylaşa bilərsiniz.
2. Banner Fans
Siz web səhifə tərəfindən təyin olunmuş banner ölçülərindən və həmçinin yüklədiyiniz şəkilin öz ölçüsündə baner düzəltə bilərsiniz. Hətta bu səhifədə istədiyiniz ölçüyü də verə bilərsiniz. Yazını sürükləyərək istədiyimiz yerə daxil edə bilərik. Hazır olan banneri JPG, GIF və PNG formatlarında yükləyib link verə bilərik.
Bənzər Yazı: Youtube’dan programsız video necə yüklənir
3. Banner Creator
Bu Web səhifəsində düzəltmək istədiyiniz bannerin mətninə iki ədəd grafik daxil edə bilərsiniz. Yazı və arxa fon rənglərini dəyişə bilərsiniz, və .. Sadəcə bannerinizə ölçü vermək üçün 9 ədəd ölçü vardır. Hazır olan banneri GİF formatında yükləyə bilərsiniz.
4. Banner Snack
Banner Snack web səhifəsi yeni dizaynda qurulmuş və çox bir az zamanda bu sahədə öz yerini tutmuşdur. 1000+ dən çox baner şablonlara sahib olan bu web səhifəsi həm də müxtəlif formatlarda (GIF, JPG, PNG and SWF (Flash) ) xidmət təqdim edir. Müxtəlif ölçülərdə baner hazırlaya bilərsiniz. Hazırladığınız banneri istədiyiniz web səhifəsində o cümlədən youtube videolarında belə yayınlaya bilərsiniz.
5. Fotor - Banner Maker
Fotor Banner Maker banner sahəsində fəaliyyət göstərən web səhifələrdən biridir. Onun güclü sistemi sayəsində asanlıqla arxa fon şəkillərini Facebook Flickr və internet üzərindən əməliyyat sahəsinə daxil edə bilərsiniz. Onun əməliyyat sahəsində 100-lərcə şablon və bannerdə istifadə etmək üçün çoxlu ləvazimat vardır. Program sadəcə JPG və PNG formatların dəstəkləyir.
Yuxarıdakı web səhifələrdən çoxu asan xidmət yəni qeydiyyat olmadan səhifənin bütün xidmətlərindən yararlanma hüququ verir.
Aşağıdakı video matrialda Banner Snack web səhifəsində necə banner düzəltmək olar və mərhələ-mərhələ keçdiyimiz yolları sizlərə görüntülü formada öyrədəcəyik.
[youtube width="602" height="350" video_id="dVMbiVBs7ZY"]