Google Adsense nədir? Google Adsense , İstifadəçilərinin Web səhifəsinə müxtəlif şirkətlərin reklamlarını yerləşdirməklə özünə və müştərilər...
Google Adsense nədir?
Google Adsense, İstifadəçilərinin Web səhifəsinə müxtəlif şirkətlərin reklamlarını yerləşdirməklə özünə və müştərilərinə pul qazandıran bəyənilən bir şirkətdir. Bu şirkət Google tərəfindən idarə olunur. Bu sistemdə, qaranlıq olan bəzi sözlər var ki mən onları sizlərə izah edəcəyəm.
Bənzər Yazı: Google Adsense Nədir-Google Adsense İlə Necə Pul Qazanılır
Page CTR (Tıklanma Dərəcəsi)
Page CTR yəni basılma dərəcəsi, səhifə ziyarətində reklamlara basılma sayını bildirən bir alətdir. Bir başqa sözlə desək web səhifənizə daxil olan 100 şəxsdən neçəsinin sizin reklamlarınıza basdığını göstərir.
Misal: Web səhifənizin 1000 hiti və 10 reklam tıklaması varsa tıklanma dərəcəsi 1% dir. Bu da Web səhifənizə girən hər 100 adamdan birinin sizin reklamlarınıza maraq göstərməsinə və reklamların üzərinə tıklaması deməkdir.
Web səhifənizin Page CTR'si nə qədər yüksək olarsa o qədər qazancınız artar. Ancaq Page CTR'niz həddən artıqsa banlanma riskiniz artar. Page CTR'niz maksimal 15-20% ətraflarında olmalıdır.
Bənzər yazı: Google indexləmə nədir və necə edilir
Lakin bir tətil rəhbəri Blogunuz varsa və bu Blogdakı reklamlarda tətil reklamları varsa tıklama dərəcəniz 50%-a qədər çıxa bilər. Bu Google tərəfindən analiz edildiyi üçün banlanma riskiniz azdır.
Page eCPM (Tıklama başına maliyet)
Page eCPM yəni klik başına maliyet, reklamverən öz reklamına bir dəfə basıldığında sizə verdiyi nisbətdir. Page eCPM nə qədər yüksək olsa, o qədər yaxşıdır. Azərbaycan dilində yazılarda ümumiyyətlə Page eCPM çox aşağıdır. Buna görə Page eCPM'nin yüksək olması üçün ingilis dilində bir web səhifə hazırlamaq və o səhifəni inkişaf etdirmək, azərbaycan dilində olan bir web səhifəsinin qazancından qat-qat çoxdur. İngilis dilində məlumat verici bir blog hazırlamaq bu məqsədə uyğundur.
Page RPM
Page RPM'nin dəqiq bir mənası yoxdur. Mənası, 1000 reklam görüntüsündə qazanacağınız təxmini puldur. Yəni ümumi əldə edilən qazanclarınızın min səhifə səhifə başına düşən məbləğdir.
Məsələn; 100 səhifə göstərimində 1 $ qazanırsınızsa 1000 səhifə göstərimində ortalama 10 $ qazanacağınız deməkdir. Web səhifənizin Page RPM'si 10 $ olar.
Artıq Google adsense səhifəsində olan bəzi qaranlıq sözləri sizlərə gücüm çatdığı qədər izah etdim yenə də bu sahədə sualınız olsa şərh bölümündə yazın bildiyim qədər sizlərə kömək edim.
[youtube width="602" height="350" video_id="iRMfalx47bo"]