Gərək fərdi gərək də professional sahədə, internet həyatımızın itirilməz bir parçası olduğu danılmaz bir həqiqətdir. Hər gün milyonlarla ist...
Gərək fərdi gərək də professional sahədə, internet həyatımızın itirilməz bir parçası olduğu danılmaz bir həqiqətdir. Hər gün milyonlarla istifadəçi axtardıqları məlumata çatmaq , ictimai ətraflarıyla əlaqə qurmaq , fərdi işlərini tamamlamaq , ünsiyyət qurmaq və əylənmək üçün internetdən istifadə edirlər. Məxsusən mobil cihaz istifadəçilərinin artmasıyla birlikdə istifadəçilər internetdə istədiklərini sərhədsiz edə bilirlər. Nəticədə internet istifadəsi və internet istfadəçiləri inanılmaz dərəcədə artmağa başladı.
İstədiyin sahədə məlumat əldə etməyi saniyələr ərzində təmin edən bu nəhəng sistemdə bir dəqiqədə nələr baş verdiyini heç fikirləşmisiniz? Sizin üçün hazırladığımız bu xəbərimizdə , internetdə təkcə 60 saniyə içərisində nələr baş verdiyinə yer ayırdıq. Twitterdən Skype'a , Pinterest'dən Vine'a açılan bu siyahıda , internetin nə qədər əhəmiyyətli və həyatımıza necə inteqrasiya etdiyini dramatik olaraq görə biləcəksiniz.
İnternetdə bir dəqiqədə ;
- YouTube istifadəçiləri 72 saatlıq yeni video yükləyir
- E -mail istifadəçiləri 204.000.000 e -mail göndərir
- Googledə 4.000.000 axtarış edilir
- Facebook 2.460.000 paylaşım edir
- WhatsApp istifadəçiləri 347.222 fotoşəkil paylaşır
- Pandora istifadəçiləri 61.141 saatlıq musiqi dinləyir
- Məşhur sosial media olan Twitter'də 277.000 tweet atılır
- Instagram'da 216.000 gönderi paylaşılır
- Ən böyük alver saytlarından olan Amazonda 83.000 dollar həcmində alver edilir
- Apple istifadəçiləri 48.000 tətbiq endirir
- Yelp'tə 26.380 araşdırma paylaşılır
- Microsoftun xəbərləşmə vasitəsi Skype'da 23.300 saatlıq görüş keçirilir
- Son dövrün ən məşhur sosial media vasitələrindən olan Vine'da istifadəçilər 8.333 video paylaşır
- Istifadəçilərin fərdi bəyənmələrinə görə yüksələn Pinterest'də 3,472 fotoşəkil paylaşılır
Yuxarıdakı rəqəmlərin bir dəqiqə içərisində baş verməsi insanı heyrətləndirir. Ən maraqlısı da odur ki bu rəqəmlərin yaranmasında bizim də əlimiz var!