Çin İstehsalı olan Android Planşetlər ümumiyyətlə ucuz qiymətə satılan tabletlərdir. Onların standartlara uyğun olmaması qısa bir zamanda is...
Çin İstehsalı olan Android Planşetlər ümumiyyətlə ucuz qiymətə satılan tabletlərdir. Onların standartlara uyğun olmaması qısa bir zamanda istifadəçilər arasında problem yaradır. Elə bu səbəbdən bu yazımızda sizlərə bu tabletlərin yaratdığı bir neçə problemi sizlərlə paylaşırıq:
Bənzər Yazı: iPad ve App Store’u Windows’a Daşıyın
1. Digər Android tabletlər kimi bu planşetlərdə ( Səs + - & Güc düyməsi ) düymələri basdıqda sistem recovery moduna daxil olmur. Çünki bu planşetləri istehsal edən firma və şəxslər çox zaman onların üzərinə Recovery mode yükləmirlər.
2. Bu Planşetlər ümumiyyətlə standarta uyğun olmadığı üçün yəni standarta uyğun olmayan yerlər və şəxslər tərəfindən hazırlandığı üçün onların firmware (yazılım) faylları tapılmır.
3. Bu tip planşetlər səbəbsiz yerə xarab olurlar və nasazlığın nədən qaynaqlandığını tapmaq olmur.
4. Bu planşetləri yaradan şəxs və firmanın yaratdığı məhsul üçün texniki dəstəyi yoxdur.
5. Məxsusən bu tip planşetlərdə yaranan daxili avadanlıq nasazlığının aradan qaldırılması aldığınız planşet dəyəri və ya ondan bir az aşağı məbləğdə pul tələb edir.
6. Bu cihazlar uzun müddət işlədikdən sonra sürət performansı aşağı düşür, batereya tez zamanda boşalır, ekranda problemlər müşahidə olunur.
7. Yazılı və ya reklam formada olan məhsulun spesifik xüsusiyyətləri faktiki cihazın spesifikasiyası ilə uyğun gəlmir.
Biz Çin İstehsalı olan Android Planşetlərin alış və satışını sizlərə məsləhət görmürük. Çünki onların problemləri yaxşı xüsusiyyətlərindən qat-qat çoxdur.