Youtube da hesab açmaq video yükləmək və pul qazanmaq Youtube video paylaşımı üzrə dünyada güclü bir sistemə sahib bir şirkətdir. İnsanla...
Youtube da hesab açmaq video yükləmək və pul qazanmaq
Youtube video paylaşımı üzrə dünyada güclü bir sistemə sahib bir şirkətdir. İnsanlar rahatlıqla öz çəkdikləri videoları milyonlarla insanla paylaşır. Bu video şəbəkəsində insanlar bir birilərinin videolarına rəy verib yüzlərlə sosial mediya şəbəkələrində paylaşırlar. Hətta insanlar youtube vasitəsi ilə ayda minlərlə pul qazanırlar. Mən də bu məsələnin insanlar üçün necə mühüm olduğunu nəzərə alaraq sizlərə Youtube da hesab açmaq video yükləmək və pul qazanmaq yollarını öyrətmək istəyirəm.
Bənzər Yazı: Sosial Şəbəkələrdə 10 Şeyi Paylaşmayın
Youtube da hesab açmaq üçün Gmail hesabınızın olması lazımdır. Onun üçün gmail adresinə daxil olub hesab bilgilərini daxil edin.
Yuxarıdakı səhifədə lazım olan məlumatları daxil edib bir gmail hesabı açın. Hesabınızı təsdiqlədikdən sonra youtube səhifəsinə daxil olub orada səhifənin yuxarı sağ qismində hesab aç düyməsinə klik edərək gmail adresinizi və şifrənizi daxil edin. Youtuba daxil olduqdan sonra yuxarıda sağ qisimdə açılan menudən kanalım bölümünə klik edərək youtubda kanal açma bölməsinə daxil olursunuz.
Youtube da kanal açmaq
Səhifənin sağ orta qismində kanal əlavə et düyməsinə klik edərk kanal yaratma səhifəsinə daxil olun.
Bu səhifədə kanal adını, istifadəçi adını və münasib bir web səhifəsi daxil edib kanalınızı yaradın.
Kanalınızı yaratdıqdan sonra ilk işiniz Youtube-a video yükləmək olacaq onun üçün səhifənin üst bölümündə video yüklə düyməsinə klik edərək video yüklə səhifəsinə daxil olacaqsınız.
İstədiyiniz videonu komputerinizdən seçib sistemə upload edirsiz. Bu yükləmə əməliyyatı bitdikdən sonra yüklədiyiniz vidyoya qısa başlıq, izah və eteket daxil edib yayına ötürə bilərsiniz.
Youtube da pul qazanmaq
Youtube da pul qazanmaq üçün sizin Google adsense hesabınız olmalıdır. Adsense hesabı açdıqdan sonra hesabı aktivləşdirib youtube səhifəsinə bağlayırsınız. Adsense öz reklamlarını youtube səhifəsinin müxtəlif yerlərində dərc edir. Amma bunu etmək üçün youtube kanal ayarları bölümündə pul qazanma qisminə daxil olub pul qazanma xidmətini aktiv etməniz lazımdır.
- youtube-da pul qazanmaq
Xidməti aktiv etdikdən sonra yayınladığınız videonun sağ tərəfində dollar işarəsi görünür.
Aşağıdakı Video materiallda Youtube da hesab açmaq video yükləmək və pul qazanmaq haqqında görüntülü məlumat verilmişdir.
[youtube width="602" height="350" video_id="BY0p0lOpCyk"]