Forex Forex - valyutaların beynəlxalq alqı-satqı bazarıdır. Foreks - İngiliscə FOReign EXchange kəlmələrinin qısaltmasıdır və müxtəlif ölkə...
Forex
Forex - valyutaların beynəlxalq alqı-satqı bazarıdır. Foreks - İngiliscə FOReign EXchange kəlmələrinin qısaltmasıdır və müxtəlif ölkələrin valyutalarında ticarətin həyata keçirildiyi dünyanın ən böyük maliyyə bazarıdır. Başqa sözlə, bu birjada bir ölkənin milli valyutasına qarşı digər ölkənin valyutası alınıb-satılmaqdadır.Lakin bu bazarda ticarət alətləri sadəcə valyutalardan ibarət deyil. Günümüzdə Forex birjasında xidmət göstərən broker şirkətləri müştərilərinə neft, qızıl, beynəlxalq şirkətlərin səhmləri və bir sıra digər sərmayə alətlərində də ticarət imkanı yaradırlar.
Bu birjada nə edilir
Foreksdə müxtəlif ölkələrin milli valyutalarının qarşılıqlı olaraq ticarəti həyata keçirilir. Gündəlik 3 trilyon dollardan artıq dövriyyə həcmi və 24 saatlıq iş rejimi ilə Foreks, dünyanın ən böyük maliyyə bazarıdır.
Avro, dollar, İngilis sterlinqi, İsveçrə frankı, Yapon yenası və onlarla digər maliyyə alətlərində hər saniyə baş verən qiymət dəyişiklikləri bütün dünyadan olan Foreks iştirakçıları üçün istənilən həcmdə ticarət etmək və limitsiz gəlir qazanmaq imkanı yaradır.
Müasir texnologiyalar sayəsində Foreks, ənənəvi valyuta mübadilə məntəqələrində həyata keçirilən fəaliyyətin dünya miqyasında, birbaşa internet üzərindən icra edilən analoqudur.
İştirakçılar kimlərdir
- Mərkəzi Banklar
- Valyuta mübadilə məntəqələri
- İnvestisiya fondları
- Beynəlxalq şirkətlər
- Broker şirkətləri
- Fiziki şəxslər
Bu birjaya necə qatılmaq olar
Yaxın tarixi keçmişədək bu sahədə yalnız məhdud sayda bankların iştirakı mümkün idi və burada bütün əməliyyatlar birbaşa və ya telefon vasitəsilə həyata keçirilirdi. Günümüzdə internet və müasir texnologiyaların inkişafı sayəsində Foreksdə sərbəst sərmayə imkanlarına malik hər bir şəxsin ticarəti daha da sadələşmişdir.
Bunun üçün sadəcə internet şəbəkəsinə bağlı kompyuter vəya ya ticarət platformasını dəstəkləyən mobil telefonunuzun olması kifayətdir. Forexə ixtisasından və peşəsindən asılı olmayaraq hər bir şəxs, heç bir bürokratik əngəllərlə üzləşmədən olduqca sadə şəkildə qatılaraq müxtəlif maliyyə alətləri ilə sərbəst ticarət edə bilər.
[youtube width="602" height="350" video_id="O5cWrJ6m00k"]