Google indexləmə nədir və necə edilir Dünyada bir çox insan inanır ki yeni hazırlanmış web səhifəsi google tərəfindən indexlənməsi bir neçə ...
Google indexləmə nədir və necə edilir
Dünyada bir çox insan inanır ki yeni hazırlanmış web səhifəsi google tərəfindən indexlənməsi bir neçə ay çəkir. Amma bu fikir yanlışdır. Google şirkətinin yeni yaratqığı texnologiya sayəsində bu əməliyyatı 3 gün və daha az bir zamanda baş tutur. Bu pulsuz və asan xidmət sayəsində siz yaratdığınız web səhifənizi az bir zamanda google üzərindən yayınlamağa müvəffəq olacaqsınız;
Google İndexləmə nece edilir
1. Veb səhifənizin hazır olduğundan əmin olun
2. "Optimize" Veb səhifənizin məzmununu ona yaxın olan açar kəlimələr vasitəsi ilə ən uyğun hala gətirin. Yəni açar sözləri yazınızı daşıyan səhifənin meta tag (səhifənin izahı, səhifənin açar sözləri ) bölməsinə daxil edin. Bu açar sözləri yazınızın baş və ayaq hissələrində daha çox istifadə edin.
3. Web səhifəniz üçün Sitemap (site xəritəsi) file yaradın. Sitemap xml uzadılması ilə biçimləndirilmiş bir file-dır. Sitemap sizin veb səhifənizdə olan bütün URL-ları list halında saxlayır. Siz internet üzərindən (online) və yaxud internetsiz (offline) rejimində mövcud olan alətlərdən veb səhifənizə Sitemap yarada bilərsiniz.
4. Sitemap file-ını veb səhifənizin kök kataloquna daxil edin.
5. Pulsuz google hesabı ilə Google Webmaster Tools səhifəsinə daxil olun. Əgər google hesabınız yoxsa yeni bir gmail hesabı açın.6. Web səhifənizin tam url adresini " Add a site" bölməsinə daxil edib klik düyməsinə basın.7. Veb səhifənizin adının sağ tərəfindəki " Add site map" linkinə klik edin.8. "Choose Type" ayarlar menyusunda "General Web Site map " ayarlarını aktif hala gətirin.9. Sitemap adresinin tam url-unu lazım olan yerə daxil edib "Submit Sitemap" düyməsinə klik edin.10. İki və ya üç gün səbr edin. Veb səhifənizin adresini göstərilən nümunə formasında (site:www.bilgioxu.com) Google axtarış qutusuna daxil edib nəticəyə baxın. Əgər axtarış nəticəsində sizin səhifəniz tapılarsa bu o demək dir ki google sizin səhifənizi indexləmişdir. Google indexləmə buna deyilir.