Bu müxtəsər öyrətici dərsdə sadə üsullarla photoshop da vampir şəkili necə yaradacağımı sizlərlə bölüşürəm. Sizə nələr lazımdır: Bir şəkil ...
Bu müxtəsər öyrətici dərsdə sadə üsullarla photoshop da vampir şəkili necə yaradacağımı sizlərlə bölüşürəm. Sizə nələr lazımdır: Bir şəkil tap və ya öz şəkilini istifadə et. Həmçinin tük ürpətən pişik gözü və qanlı fırçalar.
1. Şəkili seçmək
Öz şəkilini birinin vasitəsi ilə açıq və aydın bir formada çəkdirin. Bu şəkilə Photoshopda "face" adı verərək bir layer yaradın.
Bənzər Yazı: Internet üzərindən Photoshop da işləmək
2. Dərini tənzimləmək
Vampirin sifəti solğun oldüğü üçün onun sifətindən rəngləri almaq lazımdır. Bunu etmək üçün mask yaradıb şəkilin qalan hissəsinə rəng veririk. "Face" layerini seçərək "Create new fill or adjustment layer" variantının altından "Hue/Saturation" bölümünə daxil olub Saturation ayarlayıcını “-87" ayarına çəkirik.
Eraser tool dəzgahını yumşaq fırça ilə (Rəng palitrası ağ üzərində olduğundan əmin olun) diqqətlə rəng istənilən sahələri maskalanmış sahələrdən təmizləyin. Bu şəkildə mən qızın saç, göz və dodağını rəngli olmasını istədim. Bu sizin istəyinizə bağlı bir şeydir.Biz qızın sifətini rəngsiz hala gətirdik, indi onun sifətinə kölgə vermək lazımdır. "Face" layer-i seçib "Create new fill or adjustment layer" variantının altından "Hue/Saturation" bölməsinin yerinə "Levels" bölməsini seçərək ayarlayıcını sifətdə kölgə yaranana qədər çəkirik. Bu əməliyyatı düzgün etmək üçün aşağıdakı ayarları izləyin.
3. Vampir gözlər
Qızın sifətində istədiyiniz rəng və kölgəni ayarladıqdan sonra vampir gözləri yaratmaq vaxtıdır. Vampir göz dedikdə insan gözlərindən seçilən bir göz nəzərdə tuturuq. Mən belə qərara gəldim ki pişik gözləri istifadə edəm.Rectangular Marquee Tool dəzgahını seçərək pişikin sol gözünün ətrafında bir sahə seçin. Gözü kopyalayıb köhnə şəkilə "left Eye" adlı layer yaradaraq daxil edin. "Layer Mask" ayarını left eye layerinin üstünə daxil edib gözün ətrafındakı çizgiləri insan gözünə bənzəyənə qədər təmizləyin. Bunu etdikdən sonra gözə ayar vermək lazımdır.Biz gözü öz yerinə yerləşdirdik. Ancaq bir az daha ayar vermək lazımdır. Bunun üçün "Layer Style" panelini açıb "Inner Shadow" stylını seçin. Ayarları aşağıdakı kimi ayarlayın.Şəkil gözəl görsənir. Amma biz şəkilin bir az daha canlı olmasını istəyirik. Left Eye layer-ini seçirik. Properties bölməsinin altından "Create new fill or adjustment layer" variantının altından "vibrance"-ı seçərək vibrance ayarını “+85” saturation ayarını “+100" dərəcəyə qoyuruq.Sol göz artıq hazırdır. Left Eye və Vibrance layerlərini kopyalayıb sağ gözü düzəltmək üçün uyğun yerə çəkin. Gözü sağ tərəfdə nizamlamaq üçün bir az ayar lazım olacaq.
4. Vampir Dişlər
Növbəti mərhələ vampir dişlər necə düzəlir onu öyrənəcəyik. Pen Tool dəzgahını seçib sadə bir üçbucaq forması çəkirik. Çəkdiyimiz üçbucağın adını "Left Tooth" qoyun.Formanı çəkdikdən sonra onun ətrafını erazer dəzgahı ilə parlofka edin. Sonra aşağıdakı style ayarlarını daxil edin.İndi demək olar ki diş hazırdır. Ağızın digər tərəfində yerləşən dişi düzəltmək üçün yaratdığımız layeri Right tooth adı verərək yeni layer kopyalayırıq. Yenə sağ dişi yerinə oturtmaq üçün bir az onun kənarların erazer tool dəzgahı ilə parlofka edib öz yerində oturduruq. Dişlər gözəl görsənir ama şəkilə görə bir az çox parıltılıq gözə çarpır. Onu aradan qaldırmaq üçün dişlərə bir az qarışıqlıq (Noise) qatmaq lazımdır. İlk öncə Diş layerini Rasterize (sağ klik edib layer Rasterize düyməsinə basın) edin. Daha sonra Filter bölməsindən Noise > Add Noise ayarına daxil olub aşağıdakı ayarları qurun.
5. Qan
Bu sənin hansı effekti istifadə etməndən asılıdır. Siz bu dişləri istədiyiniz qan rəngi ilə boyaya bilərsiz. Ancaq bu öyrədici dərsdə daha gözəl alınması üçün internet üzərində bu qan fırçasından istifadə edirəm. İnternet üzərində çoxlu gözəl fırçalar var ama onların hamısı pulsuz deyil bir çoxu credit card vasitəsi ilə pul ödədikdən sonra istifadə edə bilərsiniz.Diş üzərinə qan effekti əlavə etmək üçün kontrol düyməsini basılı tutaraq qan əlavə edəcəyiniz diş layerinin üzərinə klik edərək müvafiq fırçanı seçib rəngləyin.Vampirin ağzından qan axmazsa hələ işimiz tamam deyil. Bu effekti yaratmaq üçün dodaq üzərində müxtəlif qırmızı kölgələr yaratmaq lazımdır. İlk öncə, "Blood around mouth" adlı bir layer yaradın. Sonra aşağıdakı şəkilə uyğun rəngləməyə başlayın. Qırmızı kölgələri elə yaxınlaşdırın ki ləkə kimi görsənsin, və nəhayət ləkələrin dəri üzərində olduğunu göstərmək üçün layerin blending mode-unu dəyişərək test edin. Sonda, mən istəyirəm vampirin ağzından axan qan damlaları yaradım. Bunu etmək üçün internetdən yüklədiyim qan fırçasından istifadə edəcəyik. Bu layerin adını "Blood drip" qoyub fırça ilə inandırıcı şəkildə qan damcılarını çəkirik. Qan damlaları o qədər real görünmür. Onu daha real görünməsi üçün bir az style ayaralrı ilə oynamaq lazımdır. Photoshop da Vampir şəkilimiz artıq hazırdır. Ondan qorxmağa dəyməz!