Android cihazlar yayıldığından bəri Whatsapp gün keçdikcə yüksəlməyə başladı və bu an dünya səviyyəsində milyonlarla insan tərəfindən istifa...
Android cihazlar yayıldığından bəri Whatsapp gün keçdikcə yüksəlməyə başladı və bu an dünya səviyyəsində milyonlarla insan tərəfindən istifadə edilir. Olduqca rahat bir tətbiq olan Whatsapp'ın yalnız mobil cihazlarda istifadə edilməsi bir çox istifadəçini rahatsız edir. Çünki kompüter qarşısında oturarkən Whatsapp yazışmaları üçün kompüterimizi buraxıb telefonumuza yönəlmək əlavə zəhmət tələb edir . Mobil cihazda ekran klaviaturası ilə yazı yazmaq çox çətin bir işdir. Bu vəziyyətdə " Whatsapp kompüter üzərində istifadə edilə bilər mi ?" sualı meydana çıxır.
Bənzər Yazı: Bir Telefonda 2 Whatsapp Hesabı vəya Nömrəsi Necə İşlətmək Olar
Bildiyiniz kimi bir müddət əvvəl kompüterlərin ən böyük anlıq ünsiyyət vasitələrindən olan Windows Live Messenger öz yerini Skype platformuna vermişdi. Bir çox istifadəçi Skype interfeysinə alışamadıklarından istifadədədə çətinlik çəkib alternativ anlıq mesajlaşma proqramlarına yönəlmişdi. Bu boşluğu olduqca gözəl bir şəkildə dolduran Whatsapp'ın isə hər hansı bir kompüter üzərində işləməməsi təəccüblü deyil. Lakin yenə də alternativ yollarla Whatsapp PC üzərində işləyə bilər. Bu yazımızda bu əməliyyatı necə quracağımızı addım-addım sizə izah edəcəyik.
Bənzər yazı: WhatsApp çökdü, Milyonlarla insan Telegram Messaging App-a axın etdi
Android platforması üçün yazılan hər hansı bir proqramı Windows quraşdırılmış kompüterimizdə çalışdırmaq istəyiriksə, o zaman kompüterimizə Android-i emulyasiya edən vasitəçi bir proqram yükləməliyik. Bu emulyatorlardan internet üzərində çox tapmaq olar ancaq biz sizin üçün BlueStacks proqramını tövsiyə edirik. Çünki BlueStacks bütün əməliyyat sistemlərində (Windows xp, Windows Vista, Windows 7, Windows 8) işləyir. Onu da xatırlatmaq istəyirəm ki əgər google hesabınız yoxsa ilk öncə google hesabı açın.
1. BlueStacks proqramını yükləyib əməliyyat sistemi üzərində instalyasiya edin.
[button url="http://www.bluestacks.com/" target="e.g. _blank or _self" style=" green " size=" large"] BlueStacks Yüklə [/button]
2. My App menyusuna klik edərək açılan səhifədə App Search düyməsinə klik edin.3. Açılan Axtarış pəncərəsində whatsApp yazıb Find düyməsinə klik edin . Axtarış nəticəsində qarşınıza çıxacaq siyahıdan WhatsApp Messenger adlı programı seçib install düyməsinə klik edin.4. İnstall düyməsinə klik etdikdən sonra BlueStack proqramı WhatsApp massenger platformunu təqribən 2 dəqiqə müddətində sizin komputerə yükləyir.5. WhatsApp yükləndikdən sonra siz onu My Apps menyusunda müşahidə edəcəksiniz. Artıq əməliyyatın sona çatmasına bir mərhələ (WhatsApp hesabınızı ayarlamaq) qaldı.6. WhatsApp programını açın və şərtləri qəbul edirəm düyməsinə klik edin.
7. Burada Yaşadığınız dövləti və həmçinin işlətdiyiniz telefon nömrəsini daxil edin.8. WhatsApp proqramında qeydiyyatdan keçdiyinizi təsdiqləmək üçün WhatsApp sizə SMS və ya zəng vasitəsilə kod göndərəcək bu kodu proqrama daxil edərək öz üzvlüyünüzü təsdiqləyirsiniz.Siz bu gün WhatsApp proqramını komputerinizə necə yükləyəcəyinizi öyrəndiniz.Aşağıdakı video materialda WhatsApp proqramının kompüterə necə yükləndiyini daha rahat bir şəkildə öyrənəcəksiniz.
[youtube width="602" height="350" video_id="D1ehpYLIm4o"]